Kriminal

Bakıda evə SİLAHLI HÜCUM: qayınatasının evini atəşə tutdu

Bakıda evə silahlı hücum olub.

Daxili İşlər Nazirliyindən Metbuat.org-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə iyulun 12-də Müşfiqabad qəsəbəsində yaşayan B.Hudamovun evinə ov tüfəngindən 2 dəfə atəş açılması barədə məlumat daxil olub. 

Polis əməkdaşlarının araşdırmaları ilə bu əməlin B.Hudamovun kürəkəni, Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş F.Dəmirovun xuliqanlıq zəminində törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində F.Dəmirov saxlanılıb. Ondan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 7 ədəd patron götürülüb. Araşdırma aparılır.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Verified by MonsterInsights