Kriminal

Azərbaycanda məktəbin yaxınlığında QANLI OLAY

Ağcabədidə bıçaqlanma hadisəsi olub.

Metbuat.org-ın məlumatına görə, hadisə gecə saatlarında şəhər ərazisində olan 4 saylı orta məktəbin yaxınlığında baş verib. Rayon sakinləri 29 yaşlı Süleymanov Nemət İsa oğlu və Abbasov Elməddin Eldar oğlu ilə, həmyerliləri 27 yaşlı Əliyev Tural Hüseyn oğlu, 18 yaşlı Əliyev Eyvaz Həsən oğlu və 21 yaşlı Rüstəmov Sadiq Eldəniz oğlu arasında dava olub. Nəticədə N. Süleymanova bıçaqla xəsarət yetirilib.

Faktla bağlı cinayət işi başlanılıb. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilib saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button