Kriminal

Azərbaycanda 6 ayda 470-dən çox kriminal qrup zərərsizləşdirilib – RƏSMİ

2022-ci ilin 6 ayında Azərbaycanda 17 min cinayət hadisəsi olub.

Metbuat.org xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin bu gün keçirilən kollegiya iclasında çıxış edən nazirin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov bildirib. Onun sözlərinə görə, ötən 6 ayda daxili işlər və prokurorluq orqanları üzrə 17.411 cinayət qeydə alınıb:

“Onların 84 faizi böyük ictimai təhlükə törətməyən və az ağır növlər olub. 90,2 faizinin açılması təmin edilib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin və mülkiyyət əleyhinə olanlar 2 faiz, o cümlədən oğurluqlar 2,7, mənzillərdən edilənlər 4,9, soyğunçuluqlar 9,7, quldurluqlar 0,8, hədə-qorxu ilə tələb etmələr 1,2, avtonəqliyyat vasitəsini qaçırmaların açılması 2,2 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 233, “isti izlər”lə 1207 cinayətin açılıb, 4.832 hüquqazidd əməlin qarşısının alınıb, axtarışda olan 2.685, o cümlədən ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən 295 şəxs tutulub, dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 89,2 faiz ödətdirilib”.

Məruzəçi mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə keçirilmiş tədbirlərlə 473 kriminal qrupun zərərsizləşdirildiyini, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 125 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 132 kiloqram çox – 1 ton 975 kiloqram narkotik vasitə çıxarıldığını, qanunsuz kultivasiya olunan 105 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edildiyini nəzərə çatdırıb.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button