Texno

“Whatsapp”dan daha bir YENİLİK: Reaksiyalar…

Dünyada ən çox istifadə olunan “Whatsapp” mesajlaşma proqramında artıq mesajlara istənilən emoji ilə reaksiya bildirmək mümkün olacaq. 

Metbuat.org xəbər verir ki, bu barədə Meta şirkətinin sahibi Mark Zukerberq “Facebook” hesabında məlumat yayıb. 

Yeni funksiyanın yaxın günlərdə istifadəçilərin ixtiyarına verilməsi gözlənilir. 

Qeyd edək ki, hazırda tətbiqdə 6 reaksiya emojisi aktivdir. Hər hansı mesaja reaksiya bildirmək üçün seçilmiş ismarıca klikləyib bir neçə saniyə gözləmək lazımdır.  Bu halda sizin qarşısınıza 6 emoji çıxır. Yeniliyin gəlməsi ilə bu reaksiyaların yanında “+” işarəsi mövcud olacaq. Həmin işarəyə klikləməklə siyahıdan istədiyiniz smayliki əlavə edə biləcəksiniz. 


 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button