Maqazin

Məşhur aktyor Klintonun köməkçisi ilə SEVİŞİR

Hollivud aktyoru Bredli Kuper ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun köməkçisi Huma Abedinlə görüşür. 

Metbuat.org xarici KİV-ə istinadən xəbər verir ki, cütlük artıq bir neçə aydır  münasibətdədir. Media yazır ki, 47 yaşlı sənətçi  Bredli Kuper və 45 yaşlı Abedin çox diqqət çəkməmək üçün mayın 2-də Nyu-Yorkda keçirilən tədbirdə ayrı-ayrı iştirak ediblər.

Klintonun köməkçisi keçmiş konqresmen Entoni Vaynerlə evli olub. Cütlüyün bir oğlu var. 

Xatırladaq ki, Kuper dörd il rusiyalı model İrina Şeyklə birlikdə olub. Onların bir qızı var, ona birgə qəyyumluq edirlər. Bundan sonra Şeyk amerikalı reper Kanye Uestlə münasibət qursa da, o da uğursuz alınıb.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Verified by MonsterInsights