Maqazin

Müğənnilərin TOY QİYMƏTLƏRİ

Məşhur müğənniləri toylarımıza dəvət etmək üçün  nə qədər pul lazımdır? Bilmək istəyirsinizsə yaxın oturun.

Metbuat.org “Star xəbər” verilişinə istinadən azərbaycanlı məşhurların toy qiymətlərini təqdim edir:

Xalq artisti Faiq Ağayev isə bütöv toyu 15 000 AZN-ə idarə edir. Xoş günündə sənətçini görmək istəyənlər 1-2 ay əvvəldən adını yazdırmalıdır. 

Xalq artistləri Röya Ayxan və Aygün Kazımova toylara yarım saata 8000 AZN-ə gedirlər. 

Şad günündə Xalq artistləri Miri Yusif və Zülfiyyə Xanbabayevanı yarım saat dinləmək istəyənlər isə 4500-6000 AZN-dən keçməlidirlər.

Əməkdar artist Xumar Qədimova yarım saatlıq ifa üçün 4000-5000 AZN, müğənni Günay İbrahimli isə 3500 AZN qonorar tələb edirlər. 

Bütöv toyu idarə edən Əməkdar artist Abbas Bağırova 20 000 AZN qonorar ödənilir. Sənətçi bunu 18 nəfərlik musiqiçi qrupunun olması ilə əlaqələndirir.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Verified by MonsterInsights