Maqazin

Məşhur aktyor hər kəsi təəccübləndirdi – FOTO

Türkiyənin bir zamanlar tanınmış aktyoru, son illər kəskin psixoloji problemlərdən əziyyət çəkən və buna görə müalicə alan Arda Kural sağlamlığına qovuşub. 

Metbuat.org-ın Türkiyə KİV-nə istinadla xəbərinə görə, o, sosial şəbəkə hesabında yeni foto paylaşaraq gündəmə gəlib. Onun sözlərinə görə, saxladığı pəhrizlə 2 ayda 14 kilo çəki itirib. 

40 yaşlı oyunçu deyib ki, ekranlara yenidən qayıtmaq üçün daim çalışır:

“Əvvəlki Arda olmaq üçün əlimdən gələni edirəm. Sosial media hesablarıma gələn mesajlar ən böyük motivasiyamdır”.

Onun dəyişim fotoları gündəmdə geniş müzakirələrə səbəb olub. Hətta “Twitter”də #Ardakural həştəqi də populyarlaşıb. 

Aktyor Arda Kuralın ən yeni fotosu

 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Verified by MonsterInsights