Maqazin

Əri azərbaycanlı olan Xalq artistinə Almaniyada konsert qadağası

Rusiyalı opera müğənnisi Anna Netrebkonun Almaniyanın Ştutqart şəhərində solo konsertinə icazə verilməyib. 

Metbuat.org bildirir ki, bu barədə “Stuttgarter Zeitung” məlumat yayıb.

İyulun 22-də ifaçı Almaniyaya qastrol səfərinə başlayacaq, sentyabrın 3-də isə Ştutqartda konserti olacaqdı. Yerli Maliyyə Nazirliyi bildirib ki, Ukrayna ərazisində hərbi xüsusi əməliyyat aparıldığı müddətdə onun şəhərdəki konserti baş tutmayacaq. İddia olunur ki, Netrebkonun komandası artıq tədbirin keçirilməsinin qeyri-mümkünlüyü barədə məlumatlandırılıb.

Baden-Vürtemberq əyalətinin maliyyə naziri Danial Bayaz qeyd edib ki, müğənninin Almaniyadakı çıxışları üçün hərbi əməliyyatları dəstəkləməkdən uzaqlaşması kifayət deyil. O hesab edir ki, o, Rusiya prezidenti Vladimir Putinin siyasətinə də qarşı çıxmalıdır.

Xatırladaq ki, Anna Netrebko  Azərbaycan əsilli opera müğənnisi Yusif Eyvazovla evlidir. 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button