Kriminal

Gənc oğlan parkda qayçı ilə sinəsindən vuruldu – AZƏRBAYCANDA

Balakəndə parkda insident olub.

Metbuat.org-ın məlumatına görə, hadisə iyulun 7-i saat 22:30-da şəhər ərazisindəki Heydər Əliyev parkında qeydə alınıb. 32 yaşlı Qazaxov Elnur Elman oğlu aralarında baş verən mübahisə nəticəsində qayçı ilə 18 yaşlı Novruzov Yusif Araz oğlunu vurub. Döş qəfəsindən yaralanan gənc dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Verified by MonsterInsights