Texno

Ayda və Marsda bina tikəcəklər

Yaponiyanın Kyoto Universiteti və Kajima şirkəti Marsda, Ayda yaşayış üçün bina tikməyi planlaşdırır. 

Metbuat.org xəbər verir ki, bu barədə “The Japan Times” qəzeti məlumat yayıb. 

Məlumata görə, binanın tikilməsində əsas vəzifələrdən biri onun daxilində yerin cazibə qüvvəsini yaratmaqdır. 

Tədqiqatçılar buna qeyri-adi tikinti formasının köməyi ilə nail olmaq istəyirlər. Yaşayış evinin öz oxu ətrafında fırlanan tərs konus şəklində tikilməsi təklif edilir. Bu zaman yaranan mərkəzdənqaçma qüvvəsi cazibə qüvvəsinin formalaşmasına imkan verəcək. 

Layihənin neçəyə başa gələcəyi ilə bağlı hələlik açıqlama verilməyib. Amma şirkət bunun əsas problemlərdən biri olacağını etiraf edib. 
 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button