Maqazin

Xalq artistindən qalmaqallı sözlərə reaksiya: “Sənin canın üçün…”

Müğənni Kərim Abbasovun boşanan qadınlarla bağlı dediyi qalmaqallı sözlərə Xalq artisti Alim Qasımov özünəməxsus reaksiya verib. 

Metbuat.org xəbər verir ki, xanəndə sosial şəbəkədə Kərimin videosuna şərh yazıb. 
“Sənin canın üçün kişinin xanımı qaçmaz sənin kimilərdən…” – Alim Qasımov şərhdə qeyd edib. 

Qeyd edək ki, Kərim “Kişi gedib ikinci dəfə evlənəcək, ay yazıq qadın, sən nə edəcəksən? Gedib boşanacaqsan, uşaqla qalacaqsan evin bir küçündə. Bəlkə ərə gedəcəksən, o da bilinmir, uşaqla kimdir səni alan? Ya da aliment alacaqsan, oturacaqsan evdə tək. Boşandın, bitdi” – sözlərinə görə sosial şəbəkələrdə xeyli tənqid olunmuşdu. 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Verified by MonsterInsights