Kriminal

Borcu olan daha 63 nəfər saxlanıldı – KRİMİNAL XRONİKA

İyunun 30-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 53-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 15-nin açılması təmin olunub.

Daxili İşlər Nazirliyindən Metbuat.org-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 47, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button