Texno

Oyun həvəskarları üçün ağıllı eynəklər 

İngiltərədə heç bir ekrana ehtiyac olmadan oyun oynamağa imkan verən ağıllı eynəklər təqdim edilib. 

Metbuat.org xəbər verir ki, bu eynəyin linzaları vasitəsilə istifadəçi üçün 120 düymlük virtual ekranla televizor, noutbuk, planşetə ehtiyac olmadan istənilən yerdə video oyunları oynamaq imkanı yaradır. 

Həmçinin, klassik, minimal və zərif detalları ilə bu eynəklər istifadəçinin şəxsi istəklərinə uyğun media və oyunları yayımlaya bilir. 

Qeyd edək ki, bu yeni texnologiyanın ixtiraçısı  britaniyalı Benjamin Hubertdir. O, gələcəkdə bu eynəkləri daha təkmilləşdirəcəyini bildirib.


 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button