Kriminal

Türkiyədə azərbaycanlı kişi qayınatasını öldürdü – FOTO

İstanbulun Başakşehir bölgəsindəki meşəlik ərazidə meyit aşkarlanıb. 

Metbuat.org-ın Türkiyə mətbuatına istinadən məlumata görə, ölən şəxsin azərbaycanlı Mübariz Nuriyev olduğu müəyyən edilib.

Təhlükəsizlik kameralarına baxış keçirən polis qatili aşkarlayaraq saxlayıb.

Araşdırmalar zamanı Nuriyevi öldürən şəxsin kürəkəni H.H.S. olduğu ortaya çıxıb. O, qayınatasını meşədə silahla vuraraq oradan qaçıb. Mübariz Nuriyev hadisə yerində dünyasını dəyişib. 

Saxlanılan şəxsin də azərbaycanlı olduğu bildirilir. 

Hadisə ilə bağlı araşdırmalar davam edir. 


 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button