Texno

Koronavirusu əvvəlcədən aşkarlayan saatlar və cihazlar

Lixtenşteyndə aparılan bir araşdırmada ağıllı saatlar və izləmə cihazlardan istifadə edənlər haqqında maraqlı  nəticələr əldə edilib.

Metbuat.org  xəbər verir ki, bu barədə “BMJ Open” saytı məlumat yayıb. 

Məlumata görə, bu cür cihazlar insanın daxili məlumatlarını təhlil edir. Nəticədə insanın koronavirusa yoluxub yoluxmadığını əvvəlcədən aşkarladığı ortaya çıxıb. 

Həmçinin 51 yaşlı 1163 iştirakçının iştirak etdiyi araşdırmada, ağıllı saatların və izləmə cihazlarının nəfəs alma, ürək döyüntüsü, qan dəyərləri və bədən istiliyi kimi informasiyaları da qeyd etdiyi açıqlanıb. 

Bu cihazların əsasən hansı marka və modellər olduğu barədə isə ictimaiyyətə heç bir məlumat verilməyib. 

 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Verified by MonsterInsights