Kriminal

Gəncədə ər arvadını öldürdü

Gəncədə qətl hadisəsi olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis baş leytenantı Eşqin Qasımov Metbuat.org-a bildirib ki, iyunun 23-də günorta radələrində Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 25 yaşlı Aynurə Bayramovaya şəhər ərazisində bıçaqla qətlə yetirilməsi barədə məlumat daxil olub:

“Dərhal polis və şəhər prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar keçirib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, A. Bayramovanın həyat yoldaşı Rauf Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Fakta bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir”.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button