Kriminal

Bakıda oğul anasını bıçaqladı – YENİLƏNİB

Ötən gün Bakıda baş verən bıçaqlanma hadisəsinin detalları məlum olub.

Metbuat.org-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu Ə. Əliyev küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 58 yaşlı Şəfaqət Ağabəy qızı Məmmədova döş qəfəsindən çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olub.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Araşdırmalar zamanı hadisənin qadının oğlu, 28 yaşlı Taleh Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

***

saat 00:35

Bakının Nərimanov rayonunda bıçaqlanma baş verib.

Metbuat.org APA-ya istinadən xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Məmmədova Şəfaqət Ağabəy qızı yaşadığı evdə boyun nahiyyəsindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan Əli

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button