Texno

Smartfonlar keçmişdə qalacaq: Onları nə əvəz edəcək?

Nokia rəhbəri smartfonlardan imtina tarixini proqnozlaşdırıb.
 
“Nokia”nın baş direktoru Pekka Lundmark 6G mobil şəbəkələrinin onilliyin sonuna qədər işə düşəcəyini gözləyir, lakin o, smartfonun o dövrdə ən populyar interfeys (iki elementin qarşılıqlı təsirini təmin edən qovuşma nöqtəsi-red.) olaraq qalacağını düşünmür.

Metbuat.org xarici mediaya istinadla bildirir ki, CNBC ekspertinin sözlərinə görə, 2030-cu ildən etibarən istifadəçilər digər cihazların xeyrinə telefonlarından imtina etməyə başlayacaqlar.

“Bu gün bildiyimiz smartfon mütləq artıq ən geniş yayılmış interfeys olmayacaq, – Lundmark deyib. – Bir çox cihaz birbaşa bədənimizə qurulacaq”.

“Nokia”nın rəhbəri hansı cihazları nəzərdə tutduğunu açıqlamayıb, lakin bəzi şirkətlər, məsələn, İlon Maskın “Neuralink”i artıq beyinə implantasiya oluna bilən, kompüterlər və digər insanlarla ünsiyyət qurmaq üçün istifadə oluna bilən elektron cihazların yaradılması üzərində işləyir.

Daha sadə səviyyədə, çiplər insanların barmaqlarına yerləşdirilə və əşyaların kilidini açmaq üçün istifadə edilə bilər.

 “Dünya nə vaxt smartfonlardan ağıllı eynəklərə və üzdə taxılan digər qadcetlərə keçəcək” sualına Lundmark bildirib ki, bu, 6G-nin meydana çıxmasından əvvəl baş verəcək.

Xatırladaq ki, baş ofisi Finlandiyada yerləşən “Nokia” şirkətinin telefonların və internetə çıxışı olan digər cihazların bir-biri ilə əlaqə saxlamasına imkan verən telekommunikasiya şəbəkələri qurur.
 
 
 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Verified by MonsterInsights