Texno

Eyfel qülləsini İLDIRIM vurdu

Ötən gecə Parisdəki məşhur Eyfel qülləsini ildırım vurub.

Metbuat.org xəbər verir ki, təhlükəli təbiət hadisəsi ortaya maraqlı görüntülərin çıxmasına səbəb olub.

Qüllənin rəsmi saytında göstərilir ki, 1889-cui ildə tikilərkən qülləyə 4 ildırımötürən qurğu yerləşdirilib. Qurğular Yerlə qalın mis kabellə əlaqələndirilib. Hər il qülləni orta hesabla 5 dəfə ildırım vursa da, indiyədək heç bir xoşağəlməz hal qeydə alınmayıb. 
Mühəndis Qustav Eyfel o zaman deyirdi ki, bütün evlərdəki kimi buradakı ildırımötürənin vəzifəsi gərginliyi Yerə ötürməkdir. 

Fransızlar zarafatla Eyfel qülləsini dünyanın ən hündür ildırımötürən qurğusu adlandırırlar. 
 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Verified by MonsterInsights