Texno

Bu proqramı PULSUZ əldə etmək mümkün oldu

“Adobe” şirkəti “Adobe Photoshop” foto redaktorunun rəsmi pulsuz versiyasını sınaqdan keçirməyə başlayıb. 

Metbuat.org “The Verge” nəşrinə istinadən bildirir ki, söhbət tanınmış proqramın veb versiyasından istifadədən gedir.

Məlumata görə, pulsuz versiya hazırda Kanadadan olan istifadəçilər arasında sınaqdan keçirilir. Brauzer vasitəsilə “Photoshop”a tam giriş əldə etmək üçün yalnız “Adobe” hesabı yaratmalısınız.

Gələcəkdə şirkət bəzi funksiyaları söndürərək, onları yalnız ödənişli abunəçilər üçün əlçatan etməyi planlaşdırır. Bununla belə, Adobe əmin etdi ki, ən populyar funksiyaları yerinə yetirmək üçün ictimai sahədə kifayət qədər “Photoshop” alətləri olacaq.

Adobe ilk dəfə 2021-ci ilin oktyabrında Photoshop-un veb versiyasını buraxıb.. Sonra şirkət foto redaktorunun bu versiyasını ilk növbədə əməkdaşlıq vasitəsi kimi hazırladıqlarını qeyd etdi.
 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button