Texno

“Whatsapp”a yeni funksiya gəldi: Mesajlar 24 saata… – VİDEO

Daha əvvəl “WhatsApp” messencerində mesajın öz-özünə silinməsi ilə bağlı taymerlərin əlavə olunacağını xəbər vermişdik. 

Metbuat.org-ın məlumatına görə, artıq tətbiq bu yeni funksiyasını istifadəçilərə təqdim edib. 

Bunun köməyi ilə istənilən mesaj seçilmiş müddətdən sonra avtomatik silinəcək. 

Əvvəllər mesajların avtomatik silinməsi göndərildikdən 7 gün sonra mümkün idisə, indi tətbiqə daha iki yeni müddət əlavə olunub: 24 saat və 90 gün. 

Qeyd edək ki, qarşı tərəfin xəbəri olmadan bu yenilikdən istifadə etmək mümkün olmayacaq. Funksiyadan istifadə edildiyi vaxt mesajların silinəcəyi barədə xəbərdarlıq mesajı da gedəcək. 
 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button