Texno

“Harda olsan gələrəm, təki sən…” – SOYUDUCU ROBOTLAR

“Robot tozsoran”lardan sonra “Panasonic” şirkəti bu dəfə səsli əmrləri yerinə yetirən ağıllı soyuducu təqdim edib. 

Metbuat.org xarici KİV-ə istinadən xəbər verir ki, şirkət bu ixtiranı texnologiya və elmin futuristik nümunəsi kimi dəyərləndirir.

Lazımi məhsulları götürmək üçün robota zəng etmək kifayətdir. Soyuducu olduğun otağa belə gəlir, məhsullarını təqdim edir və əvvəl dayandığı yerə qayıdır. 

İxtiraçıların fikrincə, Soyuducu robotlar daha çox yaşlılar və sağlamlıq imkanları məhdud olan insanlar üçün faydalı olacaq. 

Qeyd edək ki, “Panasonic”, həmçinin, soyuducunun içinə qızdırıcı panel daxil etməklə onu təkmilləşdirməyi planlaşdırır.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button