Texno

10 milyard dollarlıq teleskopa meteor dəydi

NASA-nın kosmosda yeni gözü olan “James Webb” teleskopuna mikro meteor dəyib. 

Metbuat.org xəbər verir ki, çəkisi bir qramdan az olan bu daş parçaları saniyədə 10 kilometr sürətlə hərəkət edir. 

Mütəxəssislərin sözlərinə görə, bu meteor kosmosdakı süni obyektlər üçün təhlükə yarada bilər. 

Ancaq araşdırmalar zamanı məlum olub ki, “Webb” teleskopu heç bir zərər görməyib, gözləniləndən yaxşı nəticə əldə edib. 

Qeyd edək ki, uzun illərdir kosmosu izləmək üçün “Hubble” Kosmik Teleskopundan istifadə edilirdi. Amma keçən il onu əvəz etməsi üçün NASA tərəfindən “James Webb” kosmik teleskopu orbitə buraxıldı. 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button