Texno

Telefonlar üçün vahid adapter tətbiq edilir

Avropa İttifaqına üzv ölkələr və Avropa Parlamenti bütün kiçik və orta ölçülü elektron avadanlıqlar üçün vahid adapter tətbiqi ilə bağlı razılığa gəlib. 

Metbuat.org xəbər verir ki, qaydaya görə bütün rəqəmli fotokameralar, mobil telefonlar, planşetlər, qulaqcıqlar və oyun konsolları C tipli USB ilə təchiz edilməlidir. İstehsalçılara yeni qaydaya  uyğunlaşmaq üçün 2024-cü ilin payızınadək vaxt verilib. Noutbuk istehsalçıları üçün müddət daha çox – 40 ay müəyyən edilib.
Yeni qaydanın tətbiqində məqsəd istehlakçı hüquqlarının müdafiəsi ilə yanaşı elektron tullantıların həcmini azaltmaqdır.  İstehlakçı hüquqlarının müdafiəçilərinin fikrincə insanların özü ilə çoxsaylı adapter daşıması tarixə qovuşmalıdır. “Apple” şirkəti uzun müddət müqavimət göstərsə də, sonda vahid adapter tələbi ilə razılaşıb.

Avropa Parlamentinin hesabatında deyilir: “Yeni qaydalar avropalı istehlakçıların ildə 250 milyon avroya qənaət etməsinə imkan verəcək. Avropada hər il 11 min tonadək adapter istifadə olunmadığı üçün atılır və elektronik tullantıya çevrilir”.

Avropa İttifaqı növbəti mərhələdə naqilsiz adapterlərlə bağlı da  oxşar addım atmaq niyyətindədir.  
 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button