Texno

Polislər üçün yeni dron hazırlandı

Amerikanın Axon şirkəti polis məmurları üçün yeni ixtira konsepsiyasını təqdim edib.

Metbuat.org xarici mediaya istinadla bildirir ki, bu ixtira videokamera və səs-küylü silahla təchiz edilmiş kiçik drondur.

Məlumata görə, dron insan bədəni ilə təmas əldə edən kimi sistem işə düşür və hədəfi elektrik cərəyanı vurur.

Teorik olaraq, bu bir insanı hərəkətsizləşdirməlidir, amma təcrübədə ekspertlər ölümcül nəticələrin mümkün olduğunu söyləyirlər. Şirkətin baş direktoru hesab edir ki, bütün məktəblərin videomüşahidə sistemləri və belə dronlarla təchiz edilməsi potensial cinayətkarı 60 saniyə ərzində zərərsizləşdirə bilər. O, bu yaxınlarda Texas məktəbində baş verən atışmanı xatırladıb və onun firmasının belə bir mühafizə yaratmaq vəzifəsini öz üzərinə götürməyə hazır olduğunu bildirib.

Etika şurasının üzvləri bu fikri mütləq dəlilik adlandıraraq direktoru sərt tənqid ediblər. Şurada olan hüquq professoru Barry Friedman, dron ideyasının son bir neçə ayda polis məmurları üçün silah kimi müzakirə edildiyini söyləyib:

“Biz şirkətdən bunu etməməyi xahiş etdik. Bu lazımsız və utancverici idi”.

İdarə heyətinin başqa bir üzvü xatırladıb ki, məktəbdə dronların olması ideyası hətta fizika nöqteyi-nəzərindən absurddur. Çünki pilotsuz təyyarə bağlı qapıdan keçə bilməz.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button