Texno

“Samsung” qatlana bilən ucuz telefon hazırlayır 

“Samsung” şirkəti qatlanan ucuz telefon istehsal etməyə hazırlaşır. 

Metbuat.org xəbər verir ki, bu barədə “PhoneArena” saytı məlumat yayıb. 

Məlumata görə, artıq bu sahədə işə başlanılıb. Onun qiymətinin münasib olacağı bildirilir. Telefonun 7 düymlük əsas və 4 düymlük ikinci dərəcəli ekranı olacağı güman edilir.

Hazırda bazarda ən sərfəli qatlanan cihaz 2020-ci ilin fevralında satışa çıxarılan “Samsung Galaxy Z Flip”dir. Onun qiymətinin 1000 dollar olduğunu nəzər alsaq, yeni “Samsung” telefonunun xeyli ucuz olacağı düşünülür. 

 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button