Texno

3D printerlə insana qulaq köçürüldü – DÜNYADA İLK -FOTO

ABŞ-da ilk dəfə olaraq xəstənin öz hüceyrələrindən hazırlanmış və 3D printerlə çap edilmiş qulaq uğurla köçürülüb.

Sağ qulağı balaca və deformasiya ilə doğulan 20 yaşlı qadın öz hüceyrələrindən hazırlanmış 3D printerlə qulaq implantı ilə yeni qulağına qovuşub.

Metbuat.org-ın “New York Times”a istinadən verdiyi xəbərə görə, əməliyyatı edən həkim Arturo Bonilla Alexa adlı qadının qulağından yarım qram qığırdaq çıxararaq sağlam sol qulağının 3D skanını apararaq bu materialı “3DBio Therapeutics” şirkətinə göndərib.

“3DBio Therapeutics” şirkəti toxuma nümunəsindən milyardlarla hüceyrə böyütmək üçün istifadə edib və sonra şirkətin kolagen əsaslı mürəkkəbilə qarışdırılıb və bu mürəkkəb əstənin sağlam qulağının güzgü nüsxəsini yaratmaq üçün xüsusi 3D bioprinterə əlavə edilib.

Bütün prosesin 10 dəqiqədən az çəkdiyi açıqlanıb.

Hazırlanan qulaq soyuducuda saxlandıqdan sonra doktor Bonillaya göndərilib.

Mart ayında reallaşan əməliyyatdan sonra “3DBio Therapeutics” şirkəti qulağın təbii görünüşünə qovuşanadək qığırdaq toxumasını yeniləməyə davam edəcəyini bildirdi.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button