Texno

Ulduzların yaranma SƏBƏBLƏRİ

Qalaktika yox olan zaman onun daxilində ulduzların yaranma prosesi dayanır, mövcud olan ulduzlar isə tədricən sönürlər.

Metbuat.org  xəbər verir ki, qalaktika ölən zaman öz parlaqlığını itirir və demək olar ki, görünməz olurlar. 

İlk vaxtlar alimlər qalaktikaları iki qrupa bölürdülər: 

Birinci qrupa yeni ulduzların yaranma prosesinin dayandığı qalaktikalar, ikinci qrupa isə bu prosesin hələ davam etdiyi qalaktikalar daxil olublar. Bundan başqa, alimlər super kütləli qara dəliklərin aktivliklərini də analiz ediblər. 

Tədqiqatçılar düşünürlər ki, öz ətraflarındakı maddəni udan bu nəhəng super kütləli qara dəliklər qalaktikalardakı yeni ulduzların yaranma prosesinin dayanmasına səbəb olan kosmik obyektlərdir.

Amma ən qədim qalaktikaların mərkəzlərində olan qara dəliklərin nə dərəcədə aktiv olduqlarını öyrənmək üçün alimlər rentgen və radiosiqnalları ayırıblar. Bu siqnallar nə dərəcədə güclüdürlərsə, qara dəlik bir o qədər aktivdir. Alimlər aşkar ediblər ki, yeni ulduzların yaranma prosesinin dayanmış olduğu qalaktikalarda aktiv super kütləli qara dəlik mövcuddur. Belə ki, rentgen və radiosiqnallar daha güclü olublar. Lakin yeni ulduzların yaranma prosesinin hələ davam etdiyi qalaktikalarda sözügedən siqnallar zəif olublar. Astronomlar düşünürlər ki, aktiv super kütləli qara dəliklərin, qədim qalaktikaların ani ölümləri prosesində böyük rol oynamaları ehtimalı çox yüksəkdir. 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Verified by MonsterInsights