Texno

“WhatsApp” istifadəçilərinə ŞAD XƏBƏR: yoxa çıxan mesajlar…

“WhatsApp” istifadəçilərə yoxa çıxan mesajları yadda saxlamağa imkan verəcək. 

Metbuat.org xəbər verir ki, bu barədə “WABetaInfo” saytı məlumat yayıb. 

Portalın məlumatına görə, məxfi mesajlarla işləmə qaydaları dəyişiləcək. Belə ki, messencer istifadəçilərinə yoxa çıxan mesajları saxlamağa icazə veriləcək. 

Bunun üçün parametrlər bölməsində “Saxlanmış mesajlar” düyməsinin əlavə olunması planlaşdırılır. 

Mütəxəssislər qeyd edir ki, bu yenilik istifadəçilərin bir-birinə göndərdiyi vacib mesajların silinməməsi üçün faydalı olacaq. 

Bildirilir ki, yeniləmələr həm “WhatsApp Web”, həm də “Android” və “İOS” smartfonları üçün tətbiq ediləcək.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button