Texno

“Google Translate”ə 24 YENİ DİL daxil edildi

 “Google Translate” öz sisteminə 24 yeni dil daxil edib.

Metbuat.org xarici KİV-ə istinadən xəbər verir ki, daxil edilən dillərin 10-u Afrika ölkələrinin dillərdir.

Tərcümə tətbiqinə yeni əlavə edilən Afrika dilləri bunlardır:

Qanada da 11 milyon insanın danışdığı “Ashante”

Malidə 14 milyon insanın danışdığı “Bambara”

Qana və Toqoda 7 milyon insanın danışdığı “Jeje”

Sierra Leone, Uqanda da 4 milyon insanın danışdığı “Krio” 

Efiopiya və Keniyada 37 milyon insanın danışdığı “Oromo”

Konqo Respublikası, Anqola, Cənubi Sudan və Mərkəzi Afrika Respublikasında 45 milyon insanın danışdığı “Lingala” 

Eritreya və Efiopiyada 8 milyon insanın danışdığı “Tigrinya”

Esvatini, Mozambik, Cənubi Afrika və Zimbabvedə 7 milyon insanın danışdığı “Tsongo”

Əlavə edilmiş digər dillərə isə Sorani ləhcəsi, həmçinin Hindistan, Latın Amerikası və Filippin dilləri daxildir.

Qeyd edək ki, bununla da “Google Translate”in xidmət göstərdiyi dillərin sayı 133 olub. 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button