Texno

Maşın almaq və satmaq üçün ən yaxşı vaxt

Qlobal avtomobil bazarı üçün hazırkı çətin dövrdə bir çox sürücü köhnə avtomobilini satıb yenisini almaq barədə düşünür.

Metbuat.org xarici mediaya istinadla bildirir ki, bunun üçün avtomobil sahibləri qiymətləri izləyir və ən sərfəli anı “tutmağa” çalışırlar.

Ancaq avtomobillərin bahalaşması davam edir. Ola bilsin ki, bu ilin sonuna kimi avtomobil bazarında növbəti bahalaşma müşahidə olunsun.

Bu səbəbdən indi yeni avtomobil almaq daha yaxşıdır.

Eyni zamanda, yaxın zamanda mövcud avtomobilin satılması da arzuolunandır.

Məsələ burasındadır ki, köhnə avtomobilin satışı ilə yenisinin alınması arasında interval az olmalıdır.

“Əgər indi satsanız, ancaq dörd-beş aydan sonra alsanız, ola bilər elə olsun ki, avtomobil sahibi indi bir qiymətə, beş aydan sonra baha satsın”, – ekspertlər vurğulayır.

Mütəxəssislər əlavə edir ki, uzun gözləmə ilə insan əvvəlki avtomobilinin satışından əldə etdiyi mənfəəti itirməklə yanaşı, həm də yenisini alarkən artıq ödəniş etməli olacaq.

Məsələ burasındadır ki, hətta qısa müddət ərzində yeni avtomobillərin qiymətləri yenidən arta bilər.

Endirimlərə etibar etmək olmaz. Bu ildə dilerlər çətin ki, bu baxımdan sərfəli təkliflər etsinlər.

Beləliklə, ekspertlər hesab edirlər ki, avtomobili (belə bir istək varsa) indi dəyişməyə dəyər.
 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button