Texno

4 milyondan çox azərbaycanlının üz tutduğu məkan: 18 yaşı tamam oldu

Bu gün “Facebook”un yaranma günüdür. Dünyanın ən böyük və ən çox izləyicisi olan “Facebook” sosial şəbəkəsi necə yaranıb? 

Metbuat.org “Facebook”un qısa yaranma tarixçəsini təqdim edir:  

Bu sosial şəbəkə 2004-cü il fevral ayının 4-ü Harvard Universitetinin tələbəsi Mark Zukerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən yaradılıb. 

Həmin dövrlərdə “Facebook” universitet tələbələrinin görüş yeri kimi hazırlanıbmış. Buna baxmayaraq, aktiv istifadəçilərinin sayı 66 milyonu keçmişdi. 

Həmin illərdə “Facebook” şəbəkəsinin durmadan sürətli inkişafı və məşhurluğu Markı universiteti tərk etməyə sövq etmişdi. 

Bu gənc layihəyə əvvəlcə Piter Til investisiya qoyub, sonra şirkət ödəmə sistemi olan “PayPal”la əməkdaşlıq etməyə başlayıb. Bütün bunlara o, 500 min dollar vəsait qoyub. 

2010-cu ilin oktyabrında “Microsoft” şirkəti “Facebook”un 1,6 faiz səhmini 240 milyon dollara alıb. Bu qiymətə həm də 2011-ci ilə kimi “Facebook”da edilən reklam xidmətləri də daxil idi.

“Facebook”a ölkəmizdə də tələbat az deyil. İlk dəfə tətbiqin Azərbaycan dilinə tərcüməsi 2008-ci ilin yay aylarında başlanılıb.  2009-cu il oktyabrın 2-dən etibarən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir. İstifadəçilər hesab tənzimləmələrindən dil bölməsində müvafiq olaraq Azərbaycan dilini seçməklə “Facebook”u bu dildə istifadə edə bilirlər. Ötən ilin martına olan statistikaya görə, Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 4 milyon 337 mindir.

Qeyd edək ki, ilk adı “The Facebook” olan tətbiq artıq “Meta” şirkətinə məxsusdur. 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Verified by MonsterInsights