“Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab verəcək” – Kreml

Rusiya Amerika Birləşmiş Ştatlarının yeni sanksiyalarına cavab verəcək”.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin bu gün yaydığı açıqlamada bildirilir.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb. Görüşlə bağlı jurnalistlərə açıqlama verən Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuriy Uşakov bildirib ki, görüşdə ABŞ, Rusiyaya qarşı yeni sanksiyaların reallaşdırıldığını bildirib: “Rusiyaya qarşı həm sanksiya tətbiq ediməsi, həm də eyni anda Rusiyadan amerikalılar üçün faydalı olacaq bir şey etməsinin istənilməsi mümkün deyil”.

Rusiya xarici işlər nazirinin müavini Serbey Rıbakov isə ölkəsinin ABŞ-ın yeni sanksiyalarına cavab verəcəyini və ABŞ vətəndaşlarının olduğu qara siyahının genişləndiriləcəyini açıqlamışdı.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR