Sumqayıtda 30 tələbəyə "Bələdiyyə" təqaüdü veriləcək

Sumqayıtda 30 tələbəyə "Bələdiyyə" təqaüdü veriləcək
21:49 15 May 2019
53 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıt Dövlət Universitetində (SDU) ali təhsil müəssisəsinə ayrılmış kvotaya uyğun olaraq təqaüd alacaq tələbələrin sayı açıqlanıb.
 
 
ONA-nın yerli bürosunun məlumatına görə, 560 tələbənin hər biri 100 manat tələbə təqaüdü alacaq.
 
 
Bununla  yanaşı, “Bələdiyyə” təqaüdü alacaq tələbələrin də sayı məlum olub. Belə ki, universitetin 30 əlaçı tələbəsi bu təqaüdə layiq görülüb və hər birinə 100 manat veriləcək.
Ümumilikdə, təqaüd alacaq tələbələrin sayı 590 nəfərdir.
 
 
Qeyd edək ki, “Bələdiyyə” təqaüdünün verilməsi ilə bağlı qərar Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən verilib.
 
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/314676

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR