"Çox əsəbi olanda söyüş söyürəm" - Dilarə Kazımova

"Müğənnilər arasında ailə dağıdan da var, onların ailəsi də dağılır. Şəxsən mənim ailəm dağılıb, boşanmışam. Bəlkə mənə xəyanət də edib, bilsəm çox pis olardı. Çünki çox qısqanc biriyəm. Mənə xəyanət olsa, əşyalarımı yığıb sakitcə gedərdim".

"Ana olmağı düşünürəm, ancaq sevəcəyim adamla rastlaşmıram. İstərdim ki, sevdiyim bir insan olsun. Həyatda tez-tez aşiq oluram. Kişilərdə məni enerji cəlb edir. Enerjili kişilərdən xoşum gəlir" deyə ifaçı bildirib. Metbuat.az xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova "ATV maqazin onlarla" proqramında deyib. Sənətçi "Onlarla 3 dəqiqə" rubrikasının 33 sualına cavab verərkən maraqlı fikirlər səsləndirib.

O, daha sonra əsəbi olan zaman söyüşdən istifadə etiyini vurğulayıb: "Çox əsəbi olanda söyüş söyürəm. Amma sonra öz-özümə deyirəm ki, qadın söyüş söyməz. Amma söyüşsüz də olmur, onda bütün neqativ enerjim çıxır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR