Slovakiyada prezident seçkilərində qadın namizəd liderdir

Slovakiyada növbəti prezident seçkiləri keçirilib.

Metbuat.az The Slovak Spectator saytına istinadla xəbər verir ki, dövlət başçısı vəzifəsinə 13 nəfərin namizədliyi qeydə alınıb. Slovakiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə əhalinin fəallığı yüksək səviyyədədir. Namizədlər arasında ən çox şansı olanlar Avropa Komissiyası prezidentinin müavini Maroş Şefçoviç, Ali Məhkəmənin keçmiş sədri Ştefan Harabin və vəkil Zuzana Çaputova sayılırdı.

Səsvermənin ilkin nəticələri elan edilməsə də, “exit-polların” nəticələrinə görə, qadın hüquqşünas, ölkədə korrupsiya əleyhinə mübarizəyə rəhbərlik edən Zuzana Çaputova irəlidədir. Hələ martın 1-də keçirilmiş sorğu nəticəsində seçicilərin 52,9 faizi məhz ona səs verəcəklərini bildiriblər. İndiki hakimiyyətin “Smer” partiyası isə jurnalist Yan Kuçiakın müəmmalı qətlindən sonra xalqın dəstəyini itirib. Onun namizədi Maroş Şefçoviç ikinci yerdədir. Rusiyaya qarşı sanksiyaların ləğvini istəyən Ştefan Harabin isə sonucu yerdə gəlir.

Seçkilərin rəsmi nəticələri yaxın saatlarda elan ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR