Senat Trampın fərmanını ləğv etdi

Senat Trampın fərmanını ləğv etdi
23:48 14 Mart 2019
110 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Senatı prezident Donald Trampın tətbiq etdiyi fövqəladə vəziyyət rejiminin ləğvinə dair qətnaməni dəstəkləyib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, 100 senatordan 59-u qətnamənin lehinə səs verib.

Sənədi daha əvvəl demokratların əksəriyyət təşkil etdiyi Nümayəndələr Palatası qəbul etmişdi. Qətnamə Trampa Meksika ilə sərhəddə divarın tikintisi üçün digər fondlardan vəsait götürməyi qadağan edir.

İndi sənədi Tramp imzalamalıdır. Lakin prezident ona veto qoyacağına söz verib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/272713.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR