Bu ayda dediyiniz hər sözə diqqət edin

Bu ayda dediyiniz hər sözə diqqət edin
23:42 14 Mart 2019
125 Maraqlı
Ölkə mətbuatı
A- A+

Böyük din alimləri Rəcəb ayı ilə bağlı öz tövsiyələrini vermişdilər ki, bu tövsiyələri ümumiləşdirilmiş halda sizlərə çatdırırıq.

Nəzərə alaq ki, Rəcəb ayında seyri-süluk yolu ilə gedən salik üçün unikal fürsətlər yaranır.

- Salik üçün ən yaxşı yol odur ki, Rəcəb ayının ilk günündə tövbə edər.

- Ramazan ayının bütün insanlar üçün faydası vardır. Ancaq Rəcəb ayı Allahın xüsusi salikləri üçün mənfəət gətirər.

- Milli.Az deyerler.org-a istinadən bildirir ki, Rəcəb ayı salikə çox dərin və əsaslı təsirlər qoyar.

- Rəcəb - Allahın ayıdır. Allahın ayına Ondan qeyrisini daxil etməyin.

- Bu ayda dediyiniz hər sözə diqqət edin.

- İnsan qəlbi ya Rəhmanın yeridir, ya da şeytanın (lən). Seçim - özünündür.

- Yersiz söhbətlərdən qaçın.

- Salik bu ayda elə təsəvvür etməlidir ki, sanki yenicə dünyaya gəlmişdir.

- Bu ayda salikin seyr yolu sürətlənər.

- Xəstələri ziyarət edin və qəbir əhlini unutmayın.

- Böyük alimlərin tövsiyələrini mütaliə edin.

- Rəcəb ayının ilk cümə gecəsinin əməllərinə diqqət edin.

- Bu ayda oruc tutun.

- Bu ayda Məsumları (ə) ziyarət edin.

- Bu ayda Quranı çox oxuyun.

- Bu ayda çoxlu təfəkkür edin.

- Rəcəb ayının zikrini davamlı şəkildə deyin.

- Biz möhtacıq, ancaq Allah müştaqdır.

Allah Təala bizlərə Rəcəb ayının nemətlərindən bəhrələnmək tofiqatını nəsib etsin.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/738193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR