Britaniya Parlamenti "Brexit"in tarixinin dəyişdirilməsinə səs verib

Britaniya Parlamenti "Brexit"in tarixinin dəyişdirilməsinə səs verib
22:57 14 Mart 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Britaniya parlamentariləri ölkənin Avropa İttifaqından (Aİ) çıxma tarixinin bir müddət sonraya təxirə salınmasının lehinə səs verib.
“Report” xəbər verir ki, 412 deputat layihənin lehinə, 202-si isə əleyhinə çıxıb.
"Sky News"un məlumatına görə, əgər parlament baş nazir Tereza Meyin "Brexit" üzrə saziş variantını təsdiq edərsə, ölkənin Aİ-dən çıxışı iyunun 30-na təyin olunacaq.
Daha əvvəl Britaniya parlamentariləri Krallığın Aİ-nin tərkibindən çıxması haqqında təkrar referendumun keçirilməsi üçün "Brexit" möhləti barədə düzəlişlərin əleyhinə səs veriblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/britaniya-parlamenti-brexit-in-tarixinin-deyisdirilmesine-ses-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR