İmam Əlinin məzarı nə zaman aşkarlandı?

İmam Əlinin məzarı nə zaman aşkarlandı?
22:47 14 Mart 2019
132 Maraqlı
Ölkə mətbuatı
A- A+

İmam Əlini (ə) gizli şəkildə dəfn etmişlər. Bəs məzarın yeri nə zaman və necə aşkara çıxdı?

Milli.Az islam.az-a istinadən bildirir ki, İmam Əli (ə) Kufədə şəhid olduqdan sonra onu şəhər kənarında, indiki Nəcəf ərazisindəki yüksəklikdə dəfn etdilər, düşmənləri tərəfindən məzarının təhqir olunmaması üçün dəfn yerini gizli saxladılar.

Sonralar İmam Cəfər Sadiq (ə) ən sadiq səhabələrinə bu yeri göstərmişdi.

Həzrət Əlinin (ə) məzarının yeri Harun ər-Rəşidin zamanında hamı üçün aşkarlandı. Bir gün Harun Kufə ətrafında ova çıxır. Ov itləri və şahinlər bir neçə ceyranın arxasınca düşüb qovmağa başlayırlar. Ceyranlar bir təpənin üstünə pənah gətirir. İtlər təpənin ətəyinə çatanda hansısa möcüzəvi qüvvənin təsiri altında yerlərində dururlar. Hətta şahinlər də təpənin üstündə uça bilməyib enir. Ceyranlar təpədən enən kimi ov heyvanları onları təqib etməyə başlayır. Ceyranlar yenə təpəyə pənah gətirib xilas olurlar. Harun ər-Rəşid bu təpədə hansı sirr gizləndiyini yerli əhalidən soruşmağı əmr edir. Xəlifənin əmri ilə ətrafda yaşayan Bəni-Əsəd qəbiləsindən bir qocanı gətirirlər. Qoca aman istəyib deyir: "Ata-babamdan eşitmişəm ki, bu təpənin altında Əli ibn Əbu Talib (ə) dəfn olunub; ona görə də Allah buranı əmin-amanlıq yeri qərar verib".

Harun həmin yerdə məqbərə tikilməsinə əmr verir. Beləliklə, İmam Əlinin (ə) qəbri üstündə ilk məqbərə hicri 175-ci ildə (miladi 791-792-ci illər) inşa olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/738203.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR