Qadın da heyvanı kəsə bilərmi və onun kəsdiyi heyvanın ətini yemək olarmı?

Qadın da heyvanı kəsə bilərmi və onun kəsdiyi heyvanın ətini yemək olarmı?
22:17 14 Mart 2019
113 Maraqlı
Ölkə mətbuatı
A- A+

İslam şəriətinə görə, qurbanlıq niyyəti ilə və ya adi halda heyvan kəsməyin vacib şərtləri vardır. Kəsilən heyvanın ətinin pak, yeyilməsinin halal olması üçün bu şərtlər mütləq qorunmalıdır. Həmin şərtlər içində heyvanı kəsən şəxsin cinsiyyəti ilə bağlı göstəriş yoxdur.

Milli.Az islam.az-a istinadən bildirir ki, belə ki, qadın da heyvan və ya quş kəsə, balıq tuta, ov edə bilər. Yetər ki, bu zaman şəriətin buyurduğu şərtlərə riayət etsin, heyvanı düzgün kəssin və ya ovlasın. Qadın tərəfindən şəriətə uyğun olaraq kəsilmiş heyvanın ətini yemək olar. Lakin heyvan kəsmək, qan axıtmaq, ov etmək qadın xislətinə uyğun gəlmədiyi və zərif cinsin əksər nümayəndələri üçün bunlar fiziki və mənəvi baxımdan məqbul sayılmadığı üçün yaxşı olar ki, bu kimi işlərlə kişilər məşğul olsunlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/738206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR