Bakının mənzil bazarında son vəziyyət - Qiymətlər necə dəyişib?

Bakının mənzil bazarında son vəziyyət - Qiymətlər necə dəyişib?
20:12 14 Mart 2019
112 Ölkə
Ölkə mətbuatı
A- A+

2019-cu ilin fevral ayında Bakının daşınmaz əmlak bazarında ilkin və təkrar mənzil bazarı istisna olmaqla, bazarın demək olar ki, bütün seqmentlərində qiymət artımı müşahidə olunub.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimovun verdiyi məlumata görə, qiymət indikatoru yanvar ayının sonuna nisbətən 2,14% azalıb. Hesabat ayı ərzində təkrar mənzil bazarı 1,72%, ilkin mənzil bazarı 1,16% ucuzlaşıb.

N.İbrahimov bildirib ki, fevral ayında torpaq bazarında qiymətlər 0,03%, mənzillərin icarə qiyməti 1,7%, kommersiya obyektlərinin qiyməti 0,67%, icarə qiyməti isə 3,43% bahalaşıb. 

N.İbrahimov qeyd edib ki, bazarda qiymətlərin dəyişməsi və yanvar-fevral aylarında sabit artımın olmaması normal haldır:

"Bazar, adətən, yazda canlanmağa başlayır və buna görə də yeni ilin ilk iki ayı ərzində bazarda cüzi azalma olmasına baxmayaraq, ilin yekunları üzrə qiymətlərin 6-7% artacağını gözləyirik". 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/739003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR