Azərbaycan avtomobil idxalını 3 dəfə artırıb

Azərbaycan avtomobil idxalını 3 dəfə artırıb
20:02 14 Mart 2019
91 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 5 169 ədəd avtomobil idxal edilib. 
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. 
Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 3,4 dəfə artaraq 37-yə, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 2,5 dəfə artaraq 4 707-yə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 2,2 dəfə artaraq 397-yə, Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 5,6 dəfə artaraq 28-ə çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-avtomobil-idxalini-3-defe-artirib14032019

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR