Azərbaycanın xarici ticarət dövriyyəsi 45% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 45% artıb
19:52 14 Mart 2019
94 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 5 317,941 milyon ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,2% çoxdur.
2 aylıq ticarət dövriyyəsinin 3 152,129 milyon dolları ixracın, 2 165,812 milyon dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 42,6%, idxal isə 49,2% artıb.
Son nəticədə xarici ticarətdə 986,317 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 30% çoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-xarici-ticaret-dovriyyesi-45-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR