Azərbaycanlı deputat mandatından imtina etdi - Rusiyada

Azərbaycanlı deputat mandatından imtina etdi - Rusiyada
19:39 14 Mart 2019
107 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Volqoqrad vilayət Dumasının deputatı Həsən Nəbiyev hakim “Vahid Rusiya” partiyasından xaric edilib.
 
 
ONA Rusiya mətbuatına istinadən xəbər verir ki, buna H.Nəbiyevin martın 6-da “8 min rubla qədər pensiya alan təqaüdçülər müftə yeyən və əyyaşdırlar. Çox işləsəydilər, çox pul alardılar” ifadəsini səsləndirməsi səbəb olub. Belə ki, Rusiya ictimaiyyəti arasında H.Nəbiyevin bu sözləri birmənalı qarşılanmayıb.
 
 
Deputat ictimai qınaq qarşısında üzr istəsə də, üzvü olduğu partiya nümayəndələri də məsələylə bağlı H.Nəbiyevə sərt mövqe göstəriblər. Onun könüllü olaraq deputat mandatından imtina etdiyi bildirilir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308527

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR