Əbülfəs Qarayev: "Musiqi və xoreoqrafiya məktəblərinin əməkdaşlarının maaşları 30 faiz artırılacaq"

Əbülfəs Qarayev: "Musiqi və xoreoqrafiya məktəblərinin əməkdaşlarının maaşları 30 faiz artırılacaq"
19:32 14 Mart 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda musiqi və xoreoqrafiya məktəblərində çalışan əməkdaşların maaşları 30 faiz artırılacaq". 
“Report” xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev "ASAN Radio"nun "QəbuldASAN" proqramında deyib.

Onun sözlərinə görə, bu gün Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi və xoreoqrafiya məktəblərində 17 min nəfər çalışır: "Biz hazırda musiqi məktəblərində real dərslərin keçirilməsini təmin etməliyik. Bu ilin sonunadək maaş artırılması üçün Mədəniyyət Nazirliyinə 18 milyon vəsait ayrılacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/ebulfes-qarayev-maas-artimindan-danisdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR