Şamaxının Çölgöylər kəndi qazlaşdırılır

Şamaxının Çölgöylər kəndi qazlaşdırılır
19:22 14 Mart 2019
115 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Şamaxı rayonunun Çölgöylər kəndində qazlaşdırılma işləri aparılır.
“Report”a İstehsalat Birliyindən verilən məlumata görə, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı eləcə də paylayıcı qaz xətlərinin çəkilişi davam etdirilir. Bildirilib ki, kəndə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına, ekologiyanın qorunmasına xidmət edəcək və 110-dan artıq fərdi ev mavi yanacaqla təmin olunacaq. İşlərin qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub.
Ümumilikdə, 2019-cu ilin yanvar-fevral ayları ərzində 81,7 km yeni qaz kəməri çəkilib, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 53,7 km qaz kəməri əsaslı təmir olunub:
“Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradacaq”.







Xəbərin orijinal ünvanı: https://report.az/energetika/samaxinin-colgoyler-kendi-qazlasdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR