Robert Sekuta: "Həmsədrlərin bəyanatı Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq istəyini əks etdirir"

Robert Sekuta: "Həmsədrlərin bəyanatı Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq istəyini əks etdirir"
19:17 14 Mart 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

"ATƏT Minsk qrupu həmsədrlərinin bəyanatı Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq istəyindən xəbər verir".
“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta bildirib.
“Bu bəyanat çox şey ifadə edir. Məncə, bu uzanmış münaqişənin həllində irəliləyişə nail olmaq istəyini əks etdirir. ABŞ ATƏT Minsk qrupunun həmsədri olaraq tərəflərin bu münaqişəni həll etməyin yolunu tapmaları üçün işləməyə davam edir”, - deyə o qeyd edib. 
Diplomat ABŞ-ın Azərbaycandakı yeni səfiri Erl Litzenbergerə uğurlar arzuladığını ifadə edib.
Martın 12-də Prezident İlham Əliyev ABŞ-ın yeni səfiri Erl Litzenbergerin etimadnaməsini qəbul edib. Onun sələfi Robert Sekutanın diplomatik missiyası ötən ilin mart ayında başa çatmışdı.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/hemsedrlerinin-beyanati-qarabag-munaqisesinin-hellinde-irelileyise-cal

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR