ÜST: Bəzi ölkələrdə “vərəm damğası” problemi var

ÜST: Bəzi ölkələrdə “vərəm damğası” problemi var
17:57 14 Mart 2019
89 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana vərəmlə mübarizə üzrə qanunvericiliyin təkmilləşdirilməsi üçün yardım göstərməyə hazırdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu təşkilatın Azərbaycan ofisinin rəhbəri Hande Harmancı Milli Məclisdə "Azərbaycanda vərəmlə mübarizə" mövzusunda keçirilən dinləmələrlə bağlı iclasda çıxış edərkən deyib.

H.Harmancı qeyd edib ki, Azərbaycanda "Vərəmlə mübarizə haqqında" qanun 2001-ci ildə qəbul edilib. Bu qanuna yenidən baxılması vacibdir:

"Bu gün bəzi ölkələrdə "vərəm damğası" problemi var. Vərəmli insanlar ailə qurmaqda, iş tapmaqda çətinlik çəkir, vərəm damğasına qarşı mübarizə aparmaq lazımdır. Azərbaycanda vərəmlə mübarizə sahəsində çox ciddi işlər aparılır. Amma yenə də görülməli işlər var".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/738927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR