Azərbaycanın 3 idman gimnastı Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın 3 idman gimnastı Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib
17:37 14 Mart 2019
31 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən Dünya Kubokunun ilk yarış günündə Azərbaycanın 3 idman gimnastı finala vəsiqə qazanıb.
"Report"un məlumatına görə, bunlar Marina Nekrasova, Murad Ağarzayev və Nikita Simonovdur.
Nekrasova təsnifat mərhələsində dayaqla tullanma yarışlarında 13,966 xal toplayaraq 7-ci yeri tutub.
Sərbəst hərəkətlərdə 14,066 xal yığan Ağarzayev də təsnifat mərhələsində eyni pillədə qərarlaşıb. Halqalarda çıxış edən Simonov isə 14,433 xalla 8-ci olub.
Hər 3 gimnastın tutduğu yer onlara finalda iştirak imkanı verib.
Qeyd edək ki, Dünya kubokunda Azərbaycanı İvan Tixonov da təmsil edir. Bütün 4 idman gimnastı mübarizəni martın 15-də təsnifat yarışlarında davam etdirəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-3-idman-gimnasti-bakida-kecirilen-dunya-kubokunda-finala-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR